27 Fevral 2020 09:40
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qorxu koronavirusdan daha təhlükəlidir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri tanınmış həkim Əli Nağıyev səsləndirib.

“Koronavirus SARS virusları qrupuna daxildir. Onun ağçiyərləri zədələmək ehtimalı var. Amma bu o demək deyil ki, mütləq zədələyəcək. Bu gün dünyada koronavirusdan ölənlərin sayı qripdən ölənlərin sayından çox deyil. Ona görə özünüzə psixoloji əziyyt verməyin. Dəqiq statistikaya əsasən, bu virus yaşlı və zəif insanları öldürür. Yoluxmuş 80 min insanın içərisində 2000 nəfərin ölməsi təxminən 3 faiz təşkil edir ki, bu da böyük göstərici hesab olunmaz. Qorxu özü daha çox öldürmə qabiliyyətinə malikdir, nəinki xəstəlik”,- deyə həkim bildirib.

“Bizim ölüm tariximizi koronavirus, yox Allah müəyyən edir. Təbii ki, yoluxanlar karantin altına alınmalıdır, amma hər yoluxan öləcək deyə bir şey yoxdur. Oxuyun, araşdırın, o zaman görəcəksiniz ki, hər şey heç də təqdim edildiyi qədər qorxunc deyil. Bu sizi qorxudaraq idarə etmək marağından irəli gələ bilər. Beynimizi hansı dalğaya kökləsək, başımıza o gələcək. Koronovirusdan ölənlərin faiz nisbəti digər qriplərdən ölənlərin sayından çox da fərqlənmir. Dünyada avtomobil qəzalarından, alkoqolizmdən ölənlərin sayı bundan çoxdur. Bu, obyektiv qorxu deyil”,- deyə o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər