27 Fevral 2020 17:19
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra abunəçilər qanunsuz olaraq elektrikölçmə cihazlarına müdaxilə edirlər. Bu müdaxilələr əsasən maqnit və digər kənar vasitələrlə həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bunu Azərişıq ASC-nın enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib. O bildirib ki, belə hallar əsasən fərdi yaşayış evlərində, MTK-larda, iaşə obyektlərində qeydə alınır:

“Son 1 ildə quraşdırılan sayğaclarda antimaqnit funksiyası var. Amma digər sayğaclarda bu funksiya yoxdur. Hazırda reydlər keçirilir və tezliklə bu reydlərin nəticələri açıqlanacaq. Sayğaclara müdaxilə edən abunəçilərə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə müvafiq tədbirlər görüləcək”.

Qurum rəsmisi onu da deyib ki, yaxın gələcəkdə 1 milyona yaxın sayğacın dəyişdirilməsi planlaşdırılır:

“Son 5 ildə 1 milyon 200 min yeni sayğac quraşdırılıb. İndi isə 1 milyona yaxın istismar müddətini keçmiş sayğacın dəyişdirilməsi işləri həyata keçiriləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər