“Saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xətlərinə gərginliyin verilməsində qısamüddətli problem yaranıb. 3 stansiya ("Xalqlar dostluğu”, “Əhmədli”, Həzi Aslanov") istisna olmaqla bütün xətlərdə hərəkət bərpa olunub”.
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib:
“Neftçilər stansiyasından sonrakı sahədə elektrik enerjisinin verilişi dayanıqlı olmadığı üçün birbaşa olaraq dizel generatorlar qoşulub. Qatarların hərəkəti bərpa olunub. Sərnişinlər təhlükəsiz qaydada təxliyə edilib. Hazırda qatarlar "Neftçilər" stansiyasına qədər hərəkət edir”.
Bəxtiyar Məmmədov bildirib ki, elektrik enerjisi ilə bağlı vəziyyət tam bəlli olduqda, ətraflı məlumat veriləcək.