27 Fevral 2020 17:51
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti Bakıda elektrik enerjisinin verilişində fasilənin yaranma səbəblərini açıqlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev Teleqraf.com-a bildirib ki, Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xətdə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.


Müəllif: Teleqraf.com