Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda bir qrup şəxs xüsusi qoruyucu geyimdə evlərə daxil olaraq, koronavirusa görə dezenfeksiya işləri apardıqlarını bildirirlər
Yayılan xəbərlə bağlı Bakı Şəhər Dezenfeksiya Mərkəzinə müraciət etdik.
Mərkəzdən Teleqraf.com-a verilən xəbərə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Müəssisəmiz yalnız müqavilə bağladığı qurumlarda dezenfeksiya tədbirləri aparır. Bəzi özəl şirkətlər pul yığmaq məqsədi ilə evlərə bu tərzdə daxil olub, dezenfeksiya edəcəklərini deyirlər. Əhali belə məsələ ilə bağlı gələnlərə və yayılan məlumatlara inanmasın”.
Qurundan bildirilib ki, il ərzində bir neçə dəfə Səhiyyə Nazirliyinin tapşırığı ilə ödənişsiz olaraq əhalinin kütləvi toplaşdığı yerlərdə dezenfeksiya tədbirləri aparılır.