28 Fevral 2020 16:23
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitallar yaradılıb. Bu hospitallardan biri də Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində təşkil edilib.

Məlumata görə, ilkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər