"Virus daşıyıcısını təəssüf ki, birbaşa olaraq heç kim müəyyən edə bilməz. Ona görə də hazırda vətəndaşlar sərhəddə narazılıq edir".
Bunu Teleqraf.com-a açıqlamasında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:
"Biz TƏBİB heyəti olaraq virusla mübarizə aparmaq üçün fikirləşirik. İnsanlar işimizə mane olur. Gediş-gəliş həddindən artıq çoxdur. Bunun qarşısını almaq bizdən asılı deyil".
Yaqut Qarayeva bildirib ki, virusla mübarizədə vətəndaşlar da birbaşa kömək etməlidirlər:
"İnsanlar da bizə yardım etməlidirlər. Sərhədlərin bağlanması məsələsi ilə bağlı müzakirələr lazımi səviyyədə aparılır".