2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı məqsədi ilə, gənclər və idman naziri Azad Rəhimovun 26 sentyabr 2014-cü il tarixdən başlayaraq Yunanıstanın Afina şəhərinə rəsmi səfəri başlayır.
Bu barədə Teleqraf.com-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir zamanı Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülmüş işlər barədə yunan ictimaiyyətinə ətraflı məlumat veriləcək, o cümlədən idmanın inkişafı sahəsində ölkəmizin fəaliyyətinə, uğurlarına və Birinci Avropa Oyunlarına həsr olunmuş konsert proqramı təşkil ediləcək. Eyni zamanda, təbliğat və məlumat xarakterli materiallar paylanacaq. Səfər 28 sentyabr tarixinədək davam edəcək.
Naibə