26 Sentyabr 2014 13:48
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunan binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsib, burada təşkil olunan və ulu öndər Heydər Əliyevin fotoşəkilləri olan stend, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub.

Məlumat verilib ki, hissə ən müasir yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş, burada şəxsi heyətin normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər