"Təhsil müəssisələrinin bağlanması ilə bağlı hər hansı qərar yoxdur. Mövcud vəziyyətlə bağlı qərar qəbul olarsa, müvafiq məlumat verəcəyik".
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
O bildirib ki, koronavirusla bağlı məsələ diqqət mərkəzindədir: "Yanvar ayının 31-dən etibarən dövlət qurumlarına, o cümlədən Təhsil Nazirliyinə müvafiq tapşırıqlar verilib. Təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı dezinfeksiya işlərinin aparılması davam etdirilir. Fevral ayının son günü 24 saat fəaliyyət göstərən operativ qərargah yaradılıb".