“Beynəlxalq Dəniz Günü” ərəfəsində ölkəmizdə “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq iməcilik keçirilib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhəri Nəsimi adına parkla Xəzər dənizi arasındakı sahil zolağında keçirilən iməcilikdə ETSN-in əməkdaşları ilə birgə Sumqayıt şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşları, ictimaiyyət, QHT nümayəndələri də iştirak edib.
100 nəfərdən artıq adamın iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 5 hektar sahəsi 10m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.
Qeyd edək ki, “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.
İlhamə