21 Fevral 2020 15:25
200
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pirelli” şirkəti bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycanda Qran-prisi üçün şin seçimini edib.

Teleqraf.com xəbər verir ki, İtaliya şirkətinin C2 (sərt), C3 (orta) və C4 (yumşaq) şinləri Bakıda komandaların ixtiyarında olacaq.

Eyni təkərlər Avstraliya, Bəhreyn, Vyetnamda və təxirə salınan Çin Qran-prisində də istifadə olunacaq. C2 və C3 şinləri məcburi adlanır - komandalar hər birindən azı bir dəst sifariş etməlidirlər.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi bu il 5 - 7 iyunda keçiriləcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər