4 Mart 2020 15:31
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı və Rostov şəhərləri arasında birbaşa aviareys işə düşəcək.

Bunu Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.

O bildirib ki, bu gün Bakıda keçirilmiş “Azərbaycanda Rostov vilayəti günləri” biznes forumu çərçivəsində “Azimut” aviaşirkəti və “PAŞA Travel” arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən martın 30-da Rostovla Bakı arasında birbaşa aviareyslər başlayacaq.

Qubernatorun sözlərinə görə, Azərbaycanla Rostov vilayəti arasında birbaşa reyslərin açılması ikitərəfli əməkdaşlığın humanitar istiqamətlərinə də müsbət təsir göstərəcək./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər