4 Mart 2020 17:30
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Koronavirusun yayılması qlobal problemə çevrilib. Azərbaycan bütövlükdə qlobal iqtisadiyyatdan kənarda qalmır. Qonşu ölkə İranda epidemiyanın miqyası kifayət qədər genişdir. Etiraf etmək lazımdır ki, koronavirusun ölkəyə təsirlərini minimumlaşdırmaq üçün tədbirlərin görülməsi lazmdır”.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, mühüm məqamlardan biri də koronavirusun iqtisadi təsirlərinin minimumlaşdırılması ilə bağlı idi: “Bu, Azərbaycan üçün vacibdir. Yekun proqnozlara görə, qlobal iqtisadi artım tempi iki dəfədən aşağı düşəcək. Bu isə 1,5 faizə qədər azalma deməkdir və bazar qiymətinə təsir göstərir.

Təbii ki, turistlərin sayında azalma var. Alternativ olaraq Azərbaycan bu təsirlərin ümumilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirməyə başlayıb”.

Vüqar Bayramov qeyd edib ki, ən mühim məqamlardan biri də prosesin monitorinqinin aparılması olub: “Xüsusilə son səfər zamanı prezidentin tibbi maskalarla bağlı açıqlamasını qeyd etmək lazımdır. Bu göstərdi ki, ölkə başçısı əhalinin bütün qayğılarını diqqətlə izləyir. Tibbi maskalarla bağlı çatışmazlıq xəbər verdi ki, dövlət qurumları koronavirusun təsirlərindən çıxmağa çalışır, amma bəzi sahibkarlar bundan daha çox gəlir əldə etmək istəyir. Son zamanlar tibbi maskaların apteklərdə baha qiymətə və əl altında satılması müşahidə olunur”.

Ekspertin sözlərinə görə, prezidentin məsələyə reaksiyası ondan xəbər verir ki, koronavirusa qarşı mübarizə kompleks olaraq hökümətin, ölkə rəhbərliyinin nəzarətindədir: “Bəzi çatışmazlıqlar yarandıqda dövlət başçısı məsələyə dərhal reaksiya verir ki, qısa zamanda həllini tapsın.

Beynəlxalq statistika da göstərir ki, koronavirusun Azərbaycan üçün təhlükəsi minimumdur. Ölkəmizin İranla həmsərhəd olması koronavirus baxımından az riskli ölkə olmadığımızdan xəbər verir. Sevindirici hal odur ki, kopmpleks tədbirlər, atılan addımlar koronavirusun Azərbaycana təsirlərini minimumlaşdırır. Mart ayı daha həlledicidir. Güman olunur ki, epidemiyanın qlobal təsirləri də azalacaq. Bütövlükdə tədbirləri müsbət qiymətləndirmək lazımdır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər