4 Mart 2020 18:20
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq qurumun direktor müavini Elnur Hüseynova (Elnur Eltürk) həvalə edilib.

Qeyd edək ki, E.Eltürk 2019-cu il mayın 8-də Mərkəzi Elmi Kitabxanaya direktor müavini təyin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər