Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar, Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.
Teleqraf.com bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub. Məqsəd, bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.