Sumqayıtda “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.
Abidənin müəllifi, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Vaqif Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə rəssamlar akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb.
Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini bu şəhərin gözəlləşdirilməsinə, abadlaşdırılmasına həsr edib.