10 Mart 2020 11:18
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Avtovağzal Kompleksində koronavirus (Covid-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər və dezinfeksiya prosesi avtobuslarda, eləcə də bütün avtovağzal ərazisində hər gün səhər və axşam saatlarında mərhələli şəkildə davam edir.

Kompleksdən Teleqraf.com-a verilən məlumata görə, gün ərzində 300-dən çox avtobus dezinfeksiya olunaraq reysə buraxılır.

Son 10 gündə 2 min 628 reyslə 60 min 270 sərnişin avtovağzaldan yola salınıb.

175 reyslə 3 min 455 sərnişin beynəlxalq istiqamətlərdə (Gürcüstan, Rusiya, Türkiyə) gedişi təmin edilib.

Ən çox sərnişin 3 mart tarixində müşahidə olunub. Həmin gün 470 reyslə 13 minə yaxın sərnişin biletlə təmin olunub. Digər günlərdə isə sərnişin sayı gündəlik normaya uyğun olaraq 6-8 min arasında dəyişib.

Şəhərlərarası istiqamətlərdə Gəncə, Qırmızı Körpü, Mingəçevir və Şəki istiqamətinə, beynəlxalq reyslərdə isə Gürcüstan istiqamətinə gedən sərnişinlər üstünlük təşkil edib.

Mövcud vəziyyətlə əlaqədar olaraq (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi” həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

Mövcud təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərdən müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyyə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər