Koronavirusdan sağalan insanların yenidən virusa yoluxma ehtimalı var. İmmunitet güclənir, lakin virusa yoluxma ehtimalı qalır.
Bunu Teleqraf.com-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib:
“Koronavirus kliniki gediş etibarilə qrip və digər resperator virus infeksiyalarını çox xatırladır. Klinik əlamətlər çəkilir, xəstənin temperaturu düzəlir, öskürməsi kəsilir. Zökəm əlamətləri keçdikdən sonra xəstə sağalır. Proses eyniylə qripdəki kimi gedir”.
İnfeksionistin sözlərinə görə, koronovirusda yoluxma və sağalma prosesi qriplə eyni gedişə malikdir: “Xəstəlyin ağırlaşması və sağalması prosesi digər viruslardakı kimidir. Yeni infeksiyadır, insanlarda özünü necə aparmaq barəsində suallar yaranır. Buna görə də təşvişdədirlər. Səhiyyə təşkilatları bunu ciddi nəzarət altında saxlayırlar”.
Həkim bildirib ki, koronovirusdakı müalicə prosesi də zökəmdəki kimidir: “Xəstəliyin xüsusi dərmanı yoxdur. Sadəcə olaraq patogenik simptomatik müalicə tədbirləri aparılır. Bol maye qəbul edilir, temperatur olan dövrdə yataq rejiminə əməl edilir. Qripin bundan fərqi odur ki, immunitet davamlı olur. Lakin koronovirusda yaranan immunitet tam qorunmaya davamlı deyil və yoluxma ehtimalı qalır”.