Koronavirusun təhlükəsi ilə əlaqədar İranla həmsərhəd ölkələrin sərhədləri bağlaması nəticəsində bu ölkənin ərazisində qalan Qırğızıstan yük maşınlarına Azərbaycan tranzit dəhlizi təqdim edilib.
Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Qeyd olunur ki, Qırğızıstana məxsus 62 yük maşını İran-Azərbaycan və İran-Türkmənistan sərhədində qalmışdı.
Martın 9-a olan vəziyyətə görə, bu maşınlardan 23-ü Azərbaycan sərhədində “Astara” nəzarət-buraxılış məntəqəsində qalıb.
Nazirliyin məlumatında deyilir ki, 9-11 mart tarixlərində 12 maşın Azərbaycan ərazisinə daxil olub. Daha 11 maşının sürücüsünün gömrük-pasport yoxlamasından keçəndən sonra Azərbaycan ərazisinə daxil olacağı gözlənilir./Trend/