Daxili İşlər Nazirliyində yeni kadr təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Surxay Cəfərov Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsinə rəis təyin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.