13 Mart 2020 17:21
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tövsiyə edirik ki, xəstəlik hallarına erkən reaksiya verilsin".

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi, missiyanın rəhbəri Karolin Braun deyib.

Onun sözlərinə görə, Azərbaycanda olduqları bir həftə ərzində dövlət qurumları ilə görüş keçirilib, əsas diqqət yetirməli məsələləri müzakirə edilib:

"Dövlət qurumları ilə apardığımız müzakirələrə, elmi araşdırmaların nəticələrinə uyğun olaraq tövsiyələrimizi formalaşdırdıq.

Xəstəlik halların sayı çoxaldığından "Covid- 19" pandemiya elan olunub. Bu, bizim strategiyalarımızı dəyişdirməyib. Bəzi ölkələrdə xəstəlik halı qeydə alınmayıb. Profilaktik tədbirlərimizi davam etdiririk. "Covid 19"-un pandemiya elan olunması ilə ölkələrə çağırış edildi, pandemiya ilə mübarizə aparmaq sahəsində cəhdlərini səfərbər etsinlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər