13 Mart 2020 21:06
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin komitələrinin birgə iclasında koronavirus (Covid-19) infeksiyası ilə bağlı məsələ müzakirə olunacaq.

Teleqraf.com-un məlumatına görə, bu məsələ Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 16-da keçirilən iclasının gündəliyinə salınıb.

İclasda koronavirus (Covid-19) infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər