Avstraliyada “Diabet, Piylənmə və Həyat tərzi Tədqiqatı” adlı fəaliyyət çərçivəsində 12000 avstraliyalının sağlamlıq vəziyyətini araşdırılarkən oturaq həyat tərzi sürən insanların tip 2 diabet riskinin 112% artdığı aşkarlandı.
University College London tərəfindən 4000-dən çox məmurun üzərində aparılan araşdırma isə göstərdi ki, həftədə 12 saatdan az oturmaq diabet riskini 75% azaldır.
Harvard Sağlamlıq Məktəbi həddindən artıq kilolu olmamaqla, siqaret çəkməmək və mütəmadi olaraq məşq etməklə , tip 2 diabetin 10 halından 9-nun qarşısını almağın mümkün olduğunu söyləyir. Diabetin qarşısını almaq üçün edilə biləcək şeylərin siyahısına yeni bir amil əlavə olundu: uzun müddət oturmaqdan çəkinin.
Buna görə Amerika Diabet Dərnəyi, "Oturma, sağlam qal" gününə başlamışdır. Çünki araşdırmalar göstərmişdir ki, uzun müddət oturmamaq tip 2 diabetin qarşısını almağın ən güclü silahlarından biridir. Əgər uzun müddət oturmağa məcbursuzsa ən geci 90 dəqiqədən bir qalxmağı tövsiyə edirlər, baxmayaraq ki, bir çox tədqiqatçı hər 20 dəqiqədən bir qalxaraq hərəkət etməyi tövsiyə edir.
Annals of Internal Medicinenin 2015-ci il tarixli nəşrində hərəkətsiz həyat tərzinin tip 2 diabet xəstəliyinin yaranması ehtimalını 91% artırdığını göstərdi. Bu gün bu böyük əksəriyyət üçün böyük problemdir. Ümumdünya Sağlamlıq Təşkilatı yetişkin insanların 95%nin fiziki aktiv olmadığını ehtimal edir.
Eyni problem ölkəmiz üçün də keçərlidir. Günün böyük hissəsini ofislərdə masanın arxasında, yemək zamanı yemək masasının arxasında, harasa gedərkən sükan arxasında, evdə televizor arxasında oturaraq keçirildiyini nəzərə alsaq təhlükənin nə dərəcədə böyük olduğunu görə bilərik.
Xüsusən də məktəb yaşlı uşaqlarda, fiziki inkişafın sürətlə baş verdiyi dövrdə oturaq həyat tərzinin formalaşması şəkər xəstəliyi riskinin gəncləşməsinə, piylənməyə, ürək-damar sistemlərində xəstəliklərin başlamasına səbəb olur.
Nəzərə alsaq ki, uşaq yaşlarında adət halına çevrilən davranışlar daha qalıcı və daha zərərli olur bu zaman təsəvvür etmək çətin deyil ki, hələ baxça yaşlarından, sonra isə məktəbdən etibarən günün böyük hissəsini uşaqların parta arxasında oturaq halda keçirməsi, davamında bu prosesin evdə davam etməsi onlar üçün nə qədər risklidir.