Xalq rəssamı Tahir Salahovun qızı Aydan Salahova İtaliyadan gələrkən koronavirusa görə karantinə alınıb.
Teleqraf.com xəbər verir ki, Aydan Salahova İnstaqramda karantindən video paylaşaraq bu sözləri yazıb: “Ölkəmizdə demək olar ki, heç kim bir epidemiyanın, pandemiyanın nə qədər ciddi olduğunu tam şəkildə bilmir. İtalyanlar da inanmadılar, aktiv ünsiyyət qurdular və sonra ölməyə başladılar.
İndi evdə otursaq, özümüzə və başqalarına kömək edəcəyik. Hamımız karantindən qorxuruq, ancaq koronavirusdan qorxmuruq”.