16 Mart 2020 13:31
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Türkiyə arasında aviareyslər koronavirus təhlükəsi il əlaqədar martın 31-dək dayandırılıb.

Teleqraf.com bu barədə “Türk Hava Yolları” aviaşirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, qərar martın 15-dən qüvvəyə minib.

Qərara əsasən, qeyd olunan tarixlərə biletləri olan müştərilər həmin biletləri geri qaytara, mayın 31-dək uzada və ya mayın 31-dək başqa istiqamətə uçuşlara dəyişə bilər.

Azərbaycanda qalan Türkiyə vətəndaşları üçün zərurət yarandığı təqdirdə təxliyə uçuşları təşkil olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər