Energetika Nazirliyində vətəndaş qəbullarının keçirilməsi dayandırılıb.
Bu barədə Teleqraf.com-a Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, vətəndaş qəbullarının keçirilməsinin dayandırılması Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığına uyğun olaraq, koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə çərçivəsində görülən tədbirlərlə bağlıdır.
Vətəndaşların müraciətləri nazirliyin telefon nömrələri, “Qaynar xətti” və “974” Çağrı Mərkəzi vasitəsilə qəbul ediləcək və cavablandırılacaq.
Qeyd edilir ki, bununla yanaşı, vətəndaşlar nazirliyin minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.