“Karantinə alınıb-alınamamasına mütəxsəssislər tərəfindən yerindəcə qərar qəbul olunur. Karantinə alınmayanlara evdə izolyasiya şəraitində nəzarət olunur”.
Bunu Teleqraf.com-a TƏBİB-in mətbuat katibi Rəvanə Liyeva İstanbuldan gələn 250 nəfərlə bağlı açıqlamasında deyib: “Türkiyədən gələnlərlə bağlı operativ qərargahdan hələ ki, açıqlama verilməyib. Məlumat olduğu təqdirdə bildiriləcək”.
O bildirib ki, karantin şəraitindən evə buraxılan şəxslərlə davamlı olaraq maraqlanırlar.