17 Mart 2020 17:03
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hökumətin tapşırığı ilə Türkiyə ərazisindən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün bu gün Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysi yerinə yetirib.

Teleqraf.com bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, reyslə 157 nəfər vətənə qaytarılıb.

Bu, Türkiyədən yerinə yetirilən 3-cü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 ölkə vətəndaşı gətirilib.

"Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək. Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hal-hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər", - deyə məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər