“Cari hadisələr sübut edir ki, Çindəki “Covid-19” virusu panqolinalardan insana yoluxub”.
Teleqraf.com xəbər verir ki, yazıçı Həmid Herisçi deyib.
Yazıçının dünyanı cənginə alan yeni tip koronavirusla bağlı səsləndirdiyi ilginc fikirlər diqqət çəkib:
“32 il, bir qərinə deməkdir. Zərdüşt, Novruz təqvimi 32 ildən bir təkrarlanan rəmzlərlə əlaqəlidir. Bu ilin totemi, yəni həmzadı fildir. Bu o deməkdir ki, hadisələrin axarı 32 il əvvəlki 1988-ci ili xatırlayacaq.
Novruz təqvimi deyir ki, əgər bu il özünü fil kimi aparmasa, əks rəmzə - panqolinaya oxşayacaq. Panqolina, dedi-qodu, rahatsızlıq, avaralanmaq rəmzidir. Yəni 2020-ci ili fil kimi yaşamasan, panqolina taleyini yaşayacaqsan. Cari hadisələr sübut edir ki, Çindəki “Covid-19” virusu, məhz panqolinalardan gəlib insana yoluxub.
Bir daha Zərdüşt təqviminə inandım, tam zamanaya uyğundur. Beləliklə, Fil olun! Əks halda sizi panqolina taleyi təqib edəcək”.
Həmid Herisçi “The Economist” jurnalının ötən il dərc etdiyi məqalədən də danışıb:
“Sözügedən dərgi də hələ 2019-cu ilin son sayında bu virusdaşıyıcısının məhz panqolina olduğunu anonslayıb.
Çox güman ki, Rotşildlərin jurnalı “The Economist” dünya hadisələrinin gedişatını əvvəlcədən proqnozlaşdırır. Əsl tapmacadır. Ancaq bu yalnız bizim üçün tapmacalardır. Özləri üçün bu bir xəbərdarlıqdır. 2019-cu ildə dərc olunan jurnalın örtüyünə baxaq, üzərində Çin simvolu olan bir panda əks olunub. Yanında isə apokalipsisin atlıları var.
Tapmacaların həlli ilə tanış olanlar panda və yaxınlıqdakı ölümcül vəba xəstəliyinin pandemiya demək olduğunu başa düşəcəklər. Yeri gəlmişkən, virus 2019-cu ilin dekabrında aşkar edildi və planeti gəzməyə başladı. Ancaq bunlar hamısı deyil. Əslində, koronavirusun distribyutoru yarasalar deyil, panqolina adlandırılanlardır. Onlar virusun orijinal daşıyıcılarıdır.
Demək istəyirəm ki, bu amerikalıların əvvəlcədən diqqətlə planlaşdırdığı bir hərəkətdir. Bu sırf mənim fikrimdir”.
Həmid Herisçi qeyd edib ki, Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin və Quandun Müasir Kənd Təsərrüfatı Laboratoriyasının bir qrup alimi çöl heyvanlarının mindən çox genetik nümunəsini araşdırıb:
“Fevralın 7-də infeksiya üçün potensial “ev sahibi” tapdıqlarını açıqladılar. Bu, 60 milyon il əvvəl ortaya çıxan qədim bir panqolinadır. Dünyadakı yeganə vəhşi pulcuqlara bürünüb. Armadillo və qarışqayeyənlərə yaxındır. Qarışqalar və termitlərlə qidalanır. Bədənində tapılan mikro orqanizmlər yoluxmuş insanlarda rast gəlinənlərlə 99% eynidir”.