28 Sentyabr 2014 18:07
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrikadakı layihələri ilə tanınan Türkiyənin Öztürkler Holdingi Kəbə yaxınlığında qurulacaq yeni şəhərin inşasında iştirak edəcək. Şirkət Ermənistana da tikinti layihələri həyata keçirəcək.

Teleqraf.com "Sabah"a istinadən xəbər verir ki, Afrikada bir çox layihələr imza atan Öztürkler Holding Kəbədən 2800 metr aralıda 100 min hacının qala biləcəyi və bütün ehtiyaclarını qarşılayacağı (yemək, səhiyyə, alış-veriş və s.) yeni şəhərlayihəsində iştirak edəcək. Layihə İndoneziya hacıları üçün inşa ediləcək. Ermənistanda da layihə həyata keçirəcək Öztürkler Holdinqin İdarə heyətinin rəhbəri Yusuf Öztürk Kəbə yaxınlığındakı layihənin 1 milyard dollara başa gələcəyini bildirib.

Yusuf Öztürk Ermənistandakı layihəsi barədə isə bunları deyib: "Hal-hazırda İrəvanda bir işə başladıq. Orada iş görən ilk türkəm. Kiçik bir ölkədir, amma orada inanılmaz pul var. Orada ilkin mərhələdə 5000 mənzil tikəcəyik. 300 min adam isə mənzil növbəsi gözləyir".

Nihad


Müəllif: