20 Mart 2020 11:58
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Teleqraf.com-un xəbərinə görə, Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Prezidentin fərmanı elan olunar-olunmaz ölkə ictimaiyyəti bu təşəbbüsü yekdilliklə dəstəkləyib.

Təşəbbüsə ilk qoşulan təşkilatlardan biri də Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasıdır (AQSİA). AQSİA-nın sədri, “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva xalqmızın sağlamlığı və təhlükəsizliyinə görə imzalanan vacib qərara görə prezident İlham Əliyevə minnətdarlığını bildirib: ” Bu qədər həssas, operativ münasibətə və qayğıya görə cənab prezidentə sonsuz təşəkkürümü bildirirəm. Əlbəttə, bu çağırışa qoşulmaq belə bir məsuliyyətli dönəmdə hər birimizin vətəndaşlıq borcudur. Belə taleyüklü məsələdə dünyanı ağuşuna alan bu bəlaya qarşı cənab prezidentimizin qeyd etdiyi kimi bir yumruq kimi birləşməliyik.

Biz də AQSİA olaraq yeni yaradılan fondun bank hesabları bəlli olan kimi müəyyən miqdarda pul ödəyəcəyik. Bütün sahibkarları bu təşəbbüsə qoşulmağa çağırıram. İnanıram ki, bizim müdrik xalqımız öz böyüklüyü ilə bu imtahandan da alnıaçıq çıxacaq. “.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər