Avropa aviaşirkətləri uçuş zamanı sərnişinlərə mobil telefonlardan istifadə etməyə icazə verib.
Axar.az RİA-Novosti-yə istinadən xəbər verir ki, bu barədə Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) açıqlama yayıb.
Məlumatda sərnişinlərin uçuş zamanı nəinki mobil telefonlardan, həmçinin planşet, noutbuk və digər alətlərdən istifadə etmək imkanında olacağı bildirilib. EASA artıq uçuş zamanı telefonları “uçuş rejiminə” keçirməyin də gərəkli olmayacağını deyib.