22 Mart 2020 12:13
10 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Beynəlxalq Avtovağzalı da daxil olmaqla respublikanın 56 vağzalında iş rejimi gündəlik qaydada davam edir. Hələ ki heç bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə, operativ qərargahın qərarlarına uyğun olaraq hərəkət edəcəyik".

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

O bildirib ki, hazırda region, Bakı, yaxud Sumqayıt qeydiyyatı olmasından asılı olmayaraq bütün sərnişinlərin paytaxtdan rayonlara gedişi təmin olunur: "Yalnız Bakıya girişdə qeydiyyatla bağlı məhdudiyyət var. Paytaxt qeydiyyatında olanlara giriş-çıxış sərbəstdir. Martın 29-na qədər region qeydiyyatı olanlar Bakıya daxil ola bilməyəcəklər".

Qurumun sözçüsu bildirib ki, məcburi köçkün və qaçqınlara isə müəyyən güzəştlər tətbiq olunur: "Onların qeydiyyatı Dağlıq Qarabağ bölgələrinədir. Müvəqqəti yaşadıqları yerlə bağlı arayış gətirdikdə, arayışa əsasən şəhərə qayıtmaq üçün onlara bilet təqdim olunacaq".

Nuridə Allahyarova qeyd edib ki, Bakı-Sumqayıt arasında gediş-gəlişdə məhdudiyyət yoxdur, 33 marşurut xətti üzrə 210 avtobus işləyir.

Xatırladaq ki, bu qərarlar avtobuslarla yanaşı, şəxsi avtomobillərə də şamil olunur. Sərnişinlər vəsiqələri yoxlanıldıqdan sonra paytaxta buraxılacaqlar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər