22 Mart 2020 20:47
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əczaçılıq fəaliyyəti ilə məşğul olan “Zeytun Pharmaceuticals” MMC və "Sədərək" firması koronavirusun Azərbaycanda yayılmasının qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müvafiq olaraq 500 min manat və 100 min manat vəsait köçürüb.

Teleqraf.com xəbər verir ki, Fondun məqsədi koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınmasına, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər