23 Mart 2020 23:14
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana koronavirusa görə əlavə testlərin gətirilməsi nəzərdə tutulur.

Teleqraf.com-un məlumatına görə, bunu koronavirusla əlaqədar keçirilən brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini əlavə edib ki, Azərbaycanda kifayət qədər test var:

"Azərbaycana Türkiyədən və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə testlər gətirilib. Daha dəqiq PSR metodu ilə analizlərin aparılmasına üstünlük veririk".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər