25 Mart 2020 19:36
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublikasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırıb.

YAP-dan Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığı və göstərişləri əsasında ölkəmizdə yeni növ koronavirus - COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyası bu istiqamətdə görülən işləri yüksək qiymətləndirir, bütün zəruri resursları səfərbər edərək öz dəstəyini göstərir.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat (AZN) məbləğində vəsait köçürmək barədə qərar qəbul edib.

Yeni Azərbaycan Partiyası və onun üzvləri koronavirus infeksiyasının ölkəmizdə yayılması təhlükəsinin qarşısının alınması prosesində bundan sonra da fəal iştirak edəcək, əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər