Bakıda Atletlər Kəndində karantin müddəti keçən Azərbaycan vətəndaşları "görünməz qəhrəmanlar"a - səhiyyə işçilərinə sevgilərini nümayiş etdiriblər.
Teleqraf.com xəbər verir ki, əsasən Türkiyədən gələn vətəndaşların qaldığı binada saat 21:00-da onlara xidmət edən həkimlərə və digər tibb əməkdaşlarına dövlət himni oxunmaqla təşəkkür edilib.
Qeyd edək ki, ərazinin yaxınlığında yerləşən Bakı Olimpiya stadionunun əməkdaşları da "görünməz qəhrəmanlar"a şüarla dəstək olublar.