29 Sentyabr 2014 21:25
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 50 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 389 vakant yerin tutulması üçün müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 306-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 83-ü isə apelyasiya və birinci instansiya məhkəmə orqanlarındadır.

Teleqraf.com Komissiyanın saytına istinadla xəbər verir ki, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 49-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq: dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı (15 test tapşırığı); qanunvericilik sahəsində (40 test tapşırığı); informasiya texnologiyaları sahəsində (15 test tapşırığı); məntiqi düşünmə qabiliyyəti sahəsində (30 test tapşırığı). Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olanlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı sentyabrın 26-dan oktyabrın 27-dək saat 18:00-a qədər Komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim oluna bilər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan vətəndaşları isə sənədlərini sentyabrın 26-dan oktyabrın 15-ə qədər saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

NİGAR


Müəllif: