28 Mart 2020 20:30
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Şahzasədi Məhəmməd Bin Ziyad əl Nahyan Suriya rejiminin lideri Bəşər Əsədlə müzakirələr aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şahzadənin özü Tvitter hesabında məlumat yayıb.

“Bəşər Əsədlə telefonda Covid-19 epidemiyasının təsirlərini müzakirə etdik. Bu fövqəladə vəziyyətdə BƏƏ-nin qardaş Suriya xalqına dəstək və yardımını yenilədim. Çətin zamanlarda insanların həmrəyliyi hər şeydən öndə gəlir. Qardaş Suriya da bu kritik şəraitdə yalnız qalmayacaq”,- Şahzasədi Məhəmməd Bin Ziyad əl Nahyan bildirib.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsinin başlandığı 2011-ci ildən Əbu-Dabi Dəməşqdəki səfirliyini bağlayıb və 2018-ci ildə yenidən açıb.

Şahzadə və Bəşər Əsədin telefon müzakirəsi uzun müddətdən sonra ilk dəfə baş tutduğundan xüsusi diqqət çəkir. Amma buna qədər Suriya müxalifəti Əbu-Dabi hökumətinin Əsəd rejiminə gizli dəstək verməkdə ittiham edirdi.


Müəllif: Cavad

Oxşar xəbərlər