"Ana dilimizin qorunması qayğısına qalan bir vətəndaş və Azərbaycan Dil Qurumunun başkanı olaraq hər yerdə dil məsələlərinə həssaslıqla yanaşmağa vərdiş etmişəm. Dil yanlışlıqları və ya dilimizə sayğısızlıq uzaqdan məni çağırır, rahatlığımı əlimdən alır".
Teleqraf.com xəbər verir ki, bu fikirlər millət vəkili Sabir Rüstəmxanlıya məxsusdur.
Onun sözlərinə görə, sosial medianın dilinə də ciddi yanaşmalıyıq: "Xarici firmaların internet üzərindən aparılan reklamları və onıarın güya azərbaycanlılar adından təbliğat yazıları, dərman bazarının izahları dilimizə sayqısızlıqla doludur.
Şükür, ana dilimizin riyazı dəqiqliyə bənzər möhkəm qanunları var. Məsələn, sözün kökü və "da", "də" şəkilçiləri ayrı vurgularla deyiləndə ayrı, bir vurgu ilə deyiləndə bitişik yazılır. Örnəyi : "Sən də (ayrı) Təbrizə getmək istəyirsən?".; Səndə (bitişik) bu günün qəzeti varmı?.." ; "Bakı da (ayrı) qəhrəman şəhərdir"."Bakıda (bitişik) qar yağmadı" .Təəssük ki, hətta ali təhsilli filoloqlarımızın, alimlərimizin də yazılarında bu qayda tez- tez pozulur. Nəticədə ismin adlıq halı yerlik, təsirlik hallarına çevrilir və cümlənin mənası dəyişilir.
Alış-veriş mərkəzlətinin bəzilərində (məs."Kontinental") mallar haqqında bilgilər yalnız xarıcı dillərdə verilir.
Olan tərcümələrin də bir hissəsi gülməlidir".
S.Rüstəmxanlıya görə, öz məhsullarımızın adlarında da yanlışlıqlar çoxdur: "Məsələn, şərab şüşəsinin üstündə "Qırmızı quru" sözünü oxuyanda çaşırsan. Sonra anlayırsan ki, sən demə bunlar "turş" mənasında olan "suxoy" sözünü "quru" kimi tərcümə ediblər və "Quru şərab" kimi komik bir şey alınıb".
Deputatın fikrincə, bir sıra rəsmi sənədlərimizin və qanunlarımızın dili də bərbaddır: "Məncə, MM-də Qanunlarımızın dili haqqında da ayrıca bir Qanun qəbul edilməlidir. Milli Məclisdə ilk təşəbbüslərimdən biri bu olacaq".