30 Mart 2020 09:55
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxmaq qadağası deputatlar üzərindən götürülə bilər.

Teleqraf.com-un məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında yaşı 65-dən yuxarı deputatlar iştirak etməyəcək.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanuna dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsində dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında qanuna dəyişiklik daxil olmaqla 16 məsələ müzakirə olunacaq.

Aprelin 3-də nəzərdə tutulan növbəti iclasda hökumətin hesabatı təqdim ediləcəyi üçün 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağası deputatlar üzərindən götürüləcək.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər