Tikinti-bərpa işləri ilə əlaqədar martın 30-u səhər saatlarından Bibiheybət məscidindən şəhər və əks istiqamətdə, yeni yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilir.
Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a bildirilib ki, ərazidə fəaliyyət göstərən 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində dəyişiklik edilərək köhnə Bibiheybət yolu – 20-ci sahə dairəsi ilə təşkil olunub.