30 Mart 2020 11:30
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Türkəncil kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Teleqraf.com xəbər verir ki, əraziyə keçirilən baxış zamanı 3 qızılağac ağacının kəsildiyi və təbiətə 6400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacların Lənkəran rayonu, Türkəncil kənd sakini Saleh Rzayev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına göndərilib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər