31 Mart 2020 15:11
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin inzibati binasında yerləşən “Yaşa” mərkəzi ilə tanış olublar. “Üçüncü Bahar” təşəbbüs qrupu tərəfindən sosial layihə kimi yaradılmış “Yaşa” mərkəzinin məqsədi təqaüdə çıxmağa hazırlaşan və təqaüddə olan insanların asudə zamanlarının səmərəli təşkili və onların cəmiyyətə inteqrasiyası məqsədilə müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsidir.

Teleqraf.com xəbər verir ki, mərkəzdə idman, təlim, kompüter və yaradıcılıq otaqları fəaliyyət göstərir. Nazirlik nümayəndələri otaqlarda yaradılmış şəraitlə tanış olublar.

“Yaşa” mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilərək layihənin pensiyaçıların maraq dairələrinə uyğun olaraq maarifləndirici, sağlamlıq, yaradıcılıq olmaqla 3 istiqamət üzrə icra olunduğu bildirilib. Qeyd edilib ki, bu istiqamətlərdə maliyyə savadlılığı, kompüter bilikləri, müasir informasiya-kommunikasiya texnologiyalarından effektiv istifadənin təşviqi xidmətləri, fiziki və mənəvi-psixoloji sağlamlığın qorunması mövzusunda tədbirlər, həkimlərlə görüşlər təşkil edilir. Toxuculuq və s. bu kimi məşğələlər keçirilir. Mərkəzdə fəaliyyət göstərən dərnəklərdə həftə ərzində 80-100 nəfər arası pensiyaçının iştirak etdiyi barədə məlumat verilib. O da bildirilib ki, hal - hazırda “Üçüncü Bahar”dan 2000-ə yaxın pensiyaçı faydalanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər