Konstitusiya Məhkəməsinin sabiq hakimi, tanınmış hüquqşunas Ələddin Sultanov 91 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, Ələddin Sultanov uzun illər prokurorluq orqanlarında çalışmış, rayon prokuroru, Bakı şəhəri prokurorunun müavini, Naxçıvan MR prokuroru və Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci müavini vəzifələrində işləmişdir. 1998-2010-cu illərdə Konstitusiya Məhkəməsinin hakimi olmuşdur.
General Ələddin Sultanov müstəqil Azərbaycanın Prezidentinin sərəncamları ilə "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəhbərliyi, hakimləri və Aparat əməkdaşları Ələddin Sultanovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.