Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində FHN, bir daha, koronavirus infeksiyasından həm özünüzün, həm də yaxınlarınızın qorunması üçün mütləq qaydada fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir.