Dövlət Neft Şirkətinin (ARDNŞ) Əmək şəraiti normalarının işlənməsi İdarəsində rəhbər heyətin “Fövqəladə hadisələrin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirilib.
Teleqraf.com-un məlumatına görə, fövqəladə hadisələr zamanı yarana biləcək təhlükələrin aradan qaldırılmasının təşkili və ilkin tədbirlərin görülməsi üçün işçilərin maarifləndirilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilmiş tədbirdə Səbail rayon Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov çıxış edərək, fövqəladə hadisələrin yaranma səbəblərinin aradan qaldırmaq üçün işçilərin hazırlıqlı olması və təbii fəlakətlər zamanı ilkin yardım göstərilməsi, yanğından və təhlükədən qorunması barədə maarifləndirici məsləhətlər verib. İdarənin rəisi Telman Məhəmmədov çıxış edərək, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə şöbəsi ilə əməkdaşlıq çərçivəsində müvafiq tədbirlərin müntəzəm olaraq keçirilməsinin işçilərin təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu bildirib.
Naibə