3 Aprel 2020 13:05
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşayış yerini tərk etmək üçün icazə alan vətəndaşların hansı halda şəxsi avtomobillərindən istifadə etməsi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədr müavini Ceyhun Salmanov məlumat verib.

Onun sözlərinə görə, dövlət orqanları, şirkətlər Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sisteminə əməkdaşlarının adını daxil etməklə yanaşı, nəqliyyat vasitələrinin də adını daxil edə bilirlər:

“Təbii ki, nəqliyyat vasitəsinin qeydiyyatı lazımdır. Amma əsas məsələ həmin nəqliyyat vasitəsinin içərisində olan şəxsin də icazəsinin olmasıdır. İcazə alan vətəndaş öz nəqliyyat vasitəsindən istifadə edə bilər. Amma qeydiyyatdan keçən nəqliyyat vasitəsində icazəsi olmayan vətəndaşların daşınması yolverilməzdir. Burada əsas hədəf nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması deyil, vətəndaşlar arasında təmasın minumuma endirilməsidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər