4 Aprel 2020 20:57
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargah qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə və olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, həmçinin səfərlərdən çəkinməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Operativ Qərargah eyni zamanda xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər